"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
Far.Az xəbər saytı

"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır


Vaşinqton administrasiyası Bolivar Respublikasının nəhəng neft ehtiyatlarının bir hissəsinin əldə edilməsi barədə Venesuelanın müvəqqəti hökuməti ilə danışıqlar aparır.

"Far.Az" xəbər verir ki, bu barədə "Axios"a iki amerikalı rəsmi bildirib.

Qeyd olunur ki, bu tarixi saziş nəticəsində ABŞ-də neft ehtiyatları iki dəfədən çox artacaq. Söhbət hasilatı sutkada 90 milyon barelə çata bilən ondan çox məhsuldar neft yatağından gedir - bu, Venesuelanın təsdiqlənmiş 300 milyard barellik ehtiyatının yalnız bir hissəsidir.

"Bu sazişin böyük olduğunu demək az olar. O, irimiqyaslıdır", - rəsmilərdən biri bildirib.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp gələcək nəsillər üçün təkcə ABŞ-də deyil, bütün yarımkürədə Amerikanın enerji gələcəyini təmin etməyə yaxındır.

Sazişin bağlanmasının dəqiq vaxtı hələ bəlli deyil, lakin onun idarəsi Amerika şirkətləri tərəfindən neft hasilatını artırmağın yollarını müzakirə etdiyi bir vaxtda, ABŞ-nin energetika naziri Kris Raytın gələn həftə Venesuelaya səfəri planlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər