Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər
Far.Az xəbər saytı

Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər


Məktəblilərin dərslik və ya qadcetlər qarşısında düzgün oturmaması onurğa sütununa ciddi zərər vura bilər.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı ortoped-travmatoloq Andrey Litvinenko "Moskva 24"ə açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq sağlamlıq üçün təhlükə yarada bilər:

"Bu, dövrümüzün əsl bəlasıdır. Uşaqlar dərslərini bitirdikdən sonra planşet və ya telefonla dincəlirlər. Nəticədə boyun əzələləri demək olar ki, ümumiyyətlə dincəlmir və davamlı olaraq gərgin vəziyyətdə qalır. Bu hal tez-tez təkrarlandıqda ağrıların yaranmasına, həmçinin fəqərələrin və fəqərəarası disklərin yerdəyişməsinə səbəb ola bilər. Ağır hallarda həkimlər hətta cərrahi müdaxiləni nəzərdən keçirməli olurlar".

Həkim həmçinin ayaqları altına yığaraq oturmağın zərərli olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu cür oturuş diz oynağının menisklərinə mənfi təsir göstərə bilər.

Litvinenko əlavə edib ki, belə duruş onurğa sütununa da mənfi təsir göstərir.

Oxşar xəbərlər

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər