ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini ələ keçirib və batırıblar
ABŞ hərbi qulluqçuları Sakit okeanın şərq hissəsində Ekvadorun "Los Choneros" narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıblar.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Komandanlığın məlumatına görə, ABŞ dəniz piyadaları və dənizçiləri "San Antonio" desant gəmisindən həmin gəmiyə daxil olub, ona baxış keçirib və göyərtədəki insanları saxlayıblar. Əməliyyat insidentsiz keçib. Saxlanılanlar Ekvadora çatdırılıb, bundan sonra ABŞ hərbçiləri gəmini batırıblar.
SOUTHCOM-dan bildirilib ki, əməliyyat Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində həyata keçirilib.
Amerika komandanlığının məlumatına görə, gəmi üzən yanacaqdoldurma stansiyası kimi istifadə olunub və Sakit okeanın beynəlxalq sularında narkotik qaçaqmalçılığını təmin edib. ABŞ kəşfiyyatı onun Ekvadorun ən böyük narkokartellərindən biri olan "Los Choneros"un maraqları çərçivəsində fəaliyyət göstərdiyini müəyyən edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın













