Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb, 2 426 nəfər isə itkin düşmüş hesab olunur.
"Far.Az" xəbər verir ki, bu məlumatları Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi açıqlayıb.
Daha əvvəl 616 nəfərin öldüyü bildirilmişdi.
Nepalın maliyyə naziri Svarnim Vaqle isə "Reuters"ə bildirib ki, daşqından sonra bərpa işləri üçün ölkəyə 4-5 milyard dollara qədər vəsait lazım olacaq.
"Bu, sadəcə təxmini qiymətləndirmədir. Dəyən ziyan və itkilər hazırda hesablanır", - o bildirib.
Xarici işlər naziri Şişir Xanal isə qeyd edib ki, Nepalın insanların tunellərdən xilas edilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və DNT testlərinin keçirilməsi daxil olmaqla, ixtisaslaşdırılmış və texniki sahələrdə xarici yardıma ehtiyacı var.
Nepal hökuməti həmçinin beynəlxalq axtarış-xilasetmə qruplarını cəlb etməmək barədə qərarı ləğv edib.
Medianın məlumatına görə, müvafiq qərar vətəndaşları itkin düşmüş ölkələrin diplomatik təzyiqindən sonra qəbul edilib.
Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb "Rasuvaqadi" sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.
Oxşar xəbərlər
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













