İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq?
Far.Az xəbər saytı

İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq?


İsmayıllıda bəzi kənd məktəbləri fəaliyyətini dayandırıb. Bu isə valideynlərin narahatlığına səbəb olub.

Far.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Namazgah kəndinin sakinlərinin sözlərinə görə, məktəblərin bağlanması şagirdlərin təhsil almaq üçün uzun məsafə qət etməsinə səbəb olur.

İbtidai sinif şagirdləri də daxil olmaqla, uşaqlar 5-10, hətta 15-20 kilometr uzaqda yerləşən məktəblərə getməli olurlar.

Sakinlər bildirirlər ki, bu vəziyyət xüsusilə qış aylarında ciddi çətinlik yaradır. Qar, çovğun və yolların keçilməz olması səbəbindən uşaqların məktəbə gedib-gəlməsi çətinləşir. Bəzi valideynlər isə övladlarının təhsilini davam etdirməsi üçün kəndi tərk etmək məcburiyyətində qalırlar.

Şagirdlər də məktəblərin bağlanmasının onlar üçün çətinlik yaratdığını deyirlər.

Problemin yalnız Namazgah kəndi ilə məhdudlaşmadığı bildirilir. Digər kəndlərin sakinləri də oxşar çətinliklərlə üzləşdiklərini söyləyirlər.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər