NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər
"SpaceX" 2027-ci ildən etibarən "Starship" kosmik sisteminin sınaq buraxılışlarını demək olar ki, hər həftə həyata keçirməyə başlaya bilər.
"Report" xəbər verir ki, bu proqnozu ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalının efirində səsləndirib.
"Düşünürəm ki, 2027-ci ildən etibarən "Starship"in demək olar ki, hər həftə buraxılışlarını görəcəksiniz", - o bildirib.
Ayzekman qeyd edib ki, "SpaceX" həmçinin Aya eniş modulunun yaradılması üzərində işləyir.
Şirkətin planlarına əsasən, "Starship", müxtəlif versiyaları yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Ay, Mars və digər səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə edilə biləcək universal kosmik sistem olacaq.
Sistemin hər iki əsas pilləsi - çoxdəfəlik istifadə olunan "Super Heavy" sürətləndiricisi və "Starship" gəmisinin şaquli eniş edəcəyi gözlənilir.
Oxşar xəbərlər
"SpaceX" Luizianada "Starship" üçün yeni kosmodrom inşa edəcək
Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
"SpaceX" 12-ci sınaq uçuşunda "Starship"i işə salıb
“SpaceX” ilk dəfə “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın













