Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 165,25 milyon ABŞ dolları dəyərində 46,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
"Far.Az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulların dəyəri 46,7 milyon ABŞ dolları (39,4 %), həcmi isə 5 min ton (11,9 %) artıb.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,7 %, ölkənin ümumi ixracında payı isə 0,8 % olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib













