İslandiyanın Baş naziri Aİ-yə daxil olmaqla bağlı danışıqlardan imtina etdiyini bildirib
Far.Az xəbər saytı

İslandiyanın Baş naziri Aİ-yə daxil olmaqla bağlı danışıqlardan imtina etdiyini bildirib


İslandiyanın Baş naziri Kristrun Frostadottir bildirib ki, ölkənin hazırkı hökuməti Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı yeni danışıqlara başlamayacaq.

"Report" xəbər verir ki, o bu barədə Aİ ilə danışıqların bərpasına dair referendumun yekunları üzrə mətbuat konfransında deyib.

Referendum avqustun 29-da keçirilib. RUV teleradio şirkətinin son məlumatlarına görə, iştirakçıların 52 faizdən çoxu danışıqların bərpa olunmasının əleyhinə çıxış edib.

"Bu hökumət Aİ-yə daxil olmaqla bağlı danışıqları davam etdirməyəcək", - Frostadottir bildirib. Onun sözlərinə görə, bu cür referendumları hər il və ya iki ildən bir keçirmək lazım deyil, çünki Aİ-yə üzvlük məsələsi mürəkkəbdir.

Baş nazir qeyd edib ki, gələcəkdə vəziyyət dəyişə bilər, lakin hökumət referendum keçirmək, nəticə əldə etmək və əhalinin rəyinə hörmətlə yanaşmaq öhdəliyi götürüb.

İslandiyanın Aİ-yə daxil olmasının əleyhdarları bildiriblər ki, üzvlük ölkənin suverenliyinin məhdudlaşdırılmasına və balıq ovuna məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər.

Frostadottir həmçinin vurğulayıb ki, İslandiya, Norveç və Lixtenşteyn kimi, Avropa İqtisadi Zonası çərçivəsində etibarlı tərəfdaş olaraq qalmağa davam edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər