Tramp ABŞ mediasını sosioloji sorğuların nəticələrini təhrif etməkdə ittiham edib
ABŞ Prezidenti Donald Tramp Amerika mediasını sosioloji sorğuların qeyri-dəqiq nəticələrini dərc etməkdə ittiham edib və Federal Rabitə Komissiyasını (FRK) tədbir görməyə çağırıb.
"Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatla "Truth Social" sosial şəbəkəsində çıxış edib.
"Dürüst olmayan medianın istifadə etdiyi saxta sorğular nəzarətdən çıxıb və bununla bağlı nəsə etmək lazımdır. Köməyə gəl, Federal Rabitə Komissiyası!" - Tramp yazıb.
FRK ABŞ-də televiziya və radio efirinin, eləcə də ölkədəki müxtəlif rabitə vasitələrinin istifadəsini tənzimləyən müstəqil federal qurumdur.
Son aylarda Amerikanın aparıcı media resursları tərəfindən dərc olunan bir çox sosioloji sorğuların nəticələri Trampın reytinqinin aşağı düşdüyünü göstərir.
Amerika lideri həmçinin NBC telekanalının jurnalisti Kristen Uelkerdən FRK-ya şikayət göndəriləcəyini də bildirib. Trampın sözlərinə görə, jurnalist onun Respublikaçılar Partiyasının ilkin seçkilərində namizədləri dəstəkləməsinin "qarışıq nəticələr" verdiyini bildirib.
Tramp bunu "qəsdən edilən qeyri-dəqiqlik" adlandıraraq vurğulayıb ki, onun dəstəyi, respublikaçı namizədlərə partiyadaxili mübarizədə qələbəni və Konqresə aralıq seçkilərində irəli sürülməni praktiki olaraq zəmanət verir.
ABŞ Konqresinə aralıq seçkilər 3 noyabra planlaşdırılıb. Səsvermə gedişatında Senatın tərkibinin üçdə biri və bütün Nümayəndələr Palatası yenidən seçiləcək.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq













