"Karina" qasırğası Sakit okeanda birinci kateqoriyaya qədər güclənib
Far.Az xəbər saytı

"Karina" qasırğası Sakit okeanda birinci kateqoriyaya qədər güclənib


"Karina" tropik fırtınası Sakit okeanda birinci kateqoriyalı qasırğaya qədər güclənib, sinoptiklər yaxın günlərdə onun daha da güclənəcəyini proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" ABŞ-nin Milli Qasırğaları Müşahidə Mərkəzinin məlumatlarına istinadən bildirir.

Mərkəzin məlumatına görə, küləyin maksimal sabit sürəti 130 km/saata çatıb ki, bu da qasırğa şkalası üzrə birinci kateqoriyaya uyğundur. Üçüncü və ondan yüksək kateqoriyalı siklon iri kateqoriyalı qasırğa hesab olunur.

Hazırda "Karina"nın episentri Meksikadakı Aşağı Kaliforniya yarımadasının cənubundan təxminən 1 325 km cənub-qərbdə yerləşir. Qasırğa 24 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir.

Sinoptiklərin məlumatına görə, siklon qurudan uzaqdadır və sahil üçün birbaşa təhlükə yaratmır. Bununla belə, onun yaratdığı dalğalar Meksikanın cənub-qərb sahilləri və Aşağı Kaliforniya yarımadası boyunca ləpədöyən və geri çəkən axınların güclənməsinə səbəb ola bilər.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər