Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub
Far.Az xəbər saytı

Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub


Polşanın Skarjisko-Kamenne şəhərində dron hissələri istehsal edən müəssisədə yanğın baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə Polşa mediası Skarjisko-Kamenne rayon polis idarəsinin mətbuat katibi Anna Slavinskayaya istinadən məlumat yayıb.

Yanğın yığım sexində başlayıb. Hadisə baş verən zaman zavod bağlı olub, yaralanan yoxdur.

"Polis əməkdaşları hələ də hadisə yerindədir, ərazinin mühafizəsini təmin edir və yanğın ocağına baxış keçirirlər. Həmçinin bu hadisənin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir", - o deyib.

Oxşar xəbərlər

Zaqatalada xurma istehsalı sexində yanğın baş verib
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər