Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar"
Far.Az xəbər saytı

Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar"


Avropa İttifaqı (Aİ) və NATO Ukraynanın da iştirakı ilə Avropa ölkələrinin silahlı qüvvələrindəki çatışmazlıqların mümkün qədər tez aradan qaldırılması ilə bağlı tövsiyələr hazırlayacaq yüksəksəviyyəli ekspert qrupu yaradacaq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyada keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib.

"Gələn həftə yüksəksəviyyəli qrupun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirəcəyik. Hələlik bütün adları açıqlaya bilmərik. Aİ ölkələrinin əksəriyyəti eyni zamanda NATO üzvüdür. Silahlı qüvvələr sahəsində çatışmazlıqlarımız var, buna görə də Aİ və NATO birlikdə çalışmalıdırlar.

Biz kifayət qədər sürətlə hərəkət etmirik, lakin təhdid səviyyəsi artır. Buna görə də Avropada mövcud hərbi çatışmazlıqları ən qısa müddətdə necə aradan qaldıra biləcəyimiz sualına cavab vermək üçün ən parlaq zəkaları cəlb etmək istəyirik. Buna görə də bu qrupa Ukraynanı da daxil edəcəyik", - deyə Kallas bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər