ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Far.Az xəbər saytı

ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək


ABŞ-nin energetika naziri Kris Rayt neft sazişi üzrə danışıqlar aparmaq üçün 1 sentyabrda təyyarəylə Venesuelaya uçacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib.

"Nazir Rayt sabah görüşlərin keçiriləcəyi nümayəndə heyəti ilə bu axşam Venesuelaya yola düşəcək. "Chevron" şirkəti Venesueladakı əməliyyatlarının genişləndirilməsini elan edəcək", - rəsmi bildirib.

Rəsmi şəxsin sözlərinə görə, yaxın günlərdə Venesuelada neft hasilatı üçün digər ABŞ şirkətləri ilə bir neçə müqavilə də açıqlanacaq.

Administrasiya rəsmisi bildirib ki, müqavilə ABŞ-yə Venesuelanın neft ehtiyatlarının təxminən beşdə birinə çıxış imkanı verəcək. Onun sözlərinə görə, bu, əvvəllər əsasən Çin və Rusiya şirkətlərinin təsiri altında olan yataqların öz əlində möhkəmləndirilməsi üçün geosiyasi fürsətdir.

Rəsmi həmçinin bildirib ki, ABŞ-yə Venesuelanın 17 iri neft yatağı üzərində 100 illik icarə verəcək müqavilə sabit, demokratik Venesuela yaratmağa kömək etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər