Nasar Hayat: BMT 2030-cu ilə qədər ANAMA-ya dəstəyini davam etdirəcək
Far.Az xəbər saytı

Nasar Hayat: BMT 2030-cu ilə qədər ANAMA-ya dəstəyini davam etdirəcək


BMT 2026-2030-cu illəri əhatə edən Azərbaycanla tərəfdaşlıq çərçivəsində Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) yardım göstərməyi davam etdirmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin ölkədəki əlaqələndiricisi adından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O qeyd edib ki, 2020-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı strukturları, o cümlədən BMTİP, UNICEF və BMT Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı və Böyük Britaniyanın da yer aldığı tərəfdaşların maliyyə dəstəyi ilə ANAMA ilə fəal əməkdaşlıq ediblər.

M.Hayatın sözlərinə görə, qarşılıqlı fəaliyyət institusional dəstək, texniki ekspertizanın təmin edilməsi, satınalmalara kömək və partlayıcı təhlükəli əşyalar aşkar edildikdə davranış qaydaları barədə əhalinin maarifləndirilməsi vasitəsilə milli potensialın gücləndirilməsinə yönəlib: "Bu səylər zərərçəkmiş icmaların təhlükəsizlik və dayanıqlılıq səviyyəsinin yüksəlməsinə töhfə verib".

XƏBƏR YENİLƏNİR

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər