NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər
Far.Az xəbər saytı

NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər


Azərbaycan və NATO Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşəbbüslərinə dəstək, məlumat və ekspert təcrübəsi mübadiləsi də daxil olmaqla, minalara qarşı mübarizə fəaliyyəti sahəsində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edirlər.

"Far.Az" xəbər verir ki, bu barədə NATO-nun Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması bölməsinin rəhbəri Eyrini Lemos-Mania Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Şimali Atlantika Alyansının mühüm tərəfdaşıdır və onların arasındakı əməkdaşlıq dərin və uzunmüddətli xarakter daşıyır.

"Biz minatəmizləmə sahəsindəki aidiyyəti icma ilə, bu sahədə aparıcı rol oynayan təşkilat kimi ANAMA, həmçinin müttəfiqlər və tərəfdaşlarla müzakirələr aparırıq. Biz sizin fəaliyyətinizə və digər təşəbbüslərə əlavə dəstək imkanlarını nəzərdən keçiririk", - Lemos-Mania deyib.

NATO nümayəndəsi minatəmizləmə sahəsində məlumat, informasiya, bilik və praktik təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Lemos-Manianın sözlərinə görə, ekspert təcrübəsinin ötürülməsinə və tərəfdaş ölkələrin potensialının gücləndirilməsinə getdikcə daha çox diqqət yetirilir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Trendyol "INmerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər