NATO nümayəndəsi minatəmizləmə fəaliyyətində əməkdaşlığın 4 əsas istiqamətini vurğulayıb
Minatəmizləmə fəaliyyəti vətəndaşlar üçün təhlükəsiz mühitin formalaşmasına, münaqişələrdən zərər çəkmiş ərazilərin bərpasına və dayanıqlı inkişafa kömək etmək məqsədi daşıyır.
"Report" xəbər verir ki, bu barədə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin direktoru Eyrini Lemos-Maniati 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı minatəmizləmə əməliyyatları sahəsində təhlükəsizlik məsələlərinə və tərəfdaşlarla qarşılıqlı fəaliyyətə prioritet əhəmiyyət verir.
Lemos-Maniati minatəmizləmə işlərində qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyətinə diqqət çəkib, eyni zamanda insanların və yerli əhalinin həyatının qorunması üçün məhz onlardan səmərəli istifadənin həlledici rol oynadığını vurğulayıb.
"Minatəmizləmə fəaliyyəti təkcə humanitar deyil, həm də iqtisadi və sosial əhəmiyyət kəsb edir. O, insanların münaqişələrdən sonra bərpa olunmaq bacarığına birbaşa təsir göstərir", - NATO nümayəndəsi bildirib.
Lemos-Maniati qeyd edib ki, bu sahədə beynəlxalq əməkdaşlıq 4 qarşılıqlı əlaqəli istiqamət üzərində qurulmalıdır: tərəfdaşlıq və transformasiya, praktiki layihələrin həyata keçirilməsi, uzunmüddətli regional əməkdaşlıq, eləcə də dayanıqlı inkişafa kömək.
Bundan əlavə, o, yardımların zərər çəkmiş dövlətlərin və onların əhalisinin real ehtiyaclarına uyğun olaraq yönəldilməsinin vacibliyinə diqqət çəkib:
"Minatəmizləmə fəaliyyəti dayanıqlı inkişafa nail olmaq üçün genişmiqyaslı səylərin tərkib hissəsi olmalıdır. Onun vəzifəsi - təkcə birbaşa təhlükəni aradan qaldırmaq deyil, həm də insanların təhlükəsiz qayıdışı, ərazilərin bərpası və yerli icmaların inkişafı üçün şəraiti təmin etməkdir".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













