"Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
"Azercell"in dəstəyi ilə həyata keçirilən "SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.
28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.
Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.
Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan "Azercell Telekom" MMC süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üzrə fəaliyyətini "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır













