Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB
"Bakıda daşınmaz əmlakın bahalaşmasının bir neçə əsas səbəbi var. İlk növbədə, tikinti həcminin kifayət qədər olmaması, tikinti normativlərinin sərtləşdirilməsi və tikintinin maya dəyərinin artması qiymətlərə birbaşa təsir göstərir. Bu baxımdan tikinti xərcləri əhəmiyyətli dərəcədə yüksəlib".
Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlakın qiymət artımına təsir edən əsas amillərdən biri də torpaq sahələrinin məhdudlaşmasıdır:
"Torpaq qiymətlərində ciddi artım müşahidə olunur. Bu səbəbdən xüsusilə şəhərin mərkəzində tikinti aparmaq beş il əvvəlki dövrlə müqayisədə təxminən iki-iki tam onda beş dəfə daha baha başa gəlir. Təbii olaraq, bu yüksək xərclər yeni tikililərdə mənzillərin satış qiymətlərində də öz əksini tapır.
Digər mühüm səbəb daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyidir. Hazırda investorların bir qismi daşınmaz əmlakı ölkədə yatırım üçün daha risksiz və etibarlı istiqamətlərdən biri kimi qiymətləndirir. Bu da bazarda tələbi artıraraq qiymətlərə təsir göstərir".
AQC sdəri qeyd edib ki, Bakıda ən yüksək mənzil qiymətləri əsasən Səbail rayonunda müşahidə olunur:
"Bununla yanaşı, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarında da qiymətlər digər ərazilərlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəbi həmin rayonlarda infrastrukturun daha yaxşı inkişaf etməsi, biznes mərkəzlərinin, AVM-lərin, ictimai iaşə obyektlərinin və digər xidmət sahələrinin çoxluğudur. Eyni zamanda əhalinin işlək hissəsinin böyük bir qismi məhz bu ərazilərdə məskunlaşıb. Turizm baxımından cəlbedici məkanların da əsasən həmin rayonlarda yerləşməsi qiymətlərə təsir edən amillərdəndir. Hazırda ən bahalı mənzil bir kvadratmetri təxminən 20 min manata çatır.
Ötən ilin eyni dövrü ilə müqayisədə mənzil qiymətlərində artım təxminən 12 faiz təşkil edib. Bu artımın ilin sonuna qədər davam edəcəyi gözlənilir. Qiymətlərin formalaşmasına təsir edən əsas amillər sırasında inflyasiyanı və manatın alıcılıq qabiliyyətindəki dəyişiklikləri də nəzərə almaq lazımdır. Bu faktorlar daşınmaz əmlak bazarında qiymətlərin gələcək dinamikasına birbaşa təsir göstərə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda mənzillərin kirayə qiymətləri ARTIB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır













