Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər
Far.Az xəbər saytı

Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər


Bir qrup azərbaycanlı jurnalist İsrailin Akko şəhərində Azərbaycandan olan dağ yəhudiləri icmasının nümayəndələri ilə görüş keçirib.

"Far.Az"un İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, icma nümayəndələri xalqlar arasında dostluğun, eləcə də bütövlükdə iki ölkə münasibətlərinin möhkəmləndirilməsindəki rollarından danışıblar.

"Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyəcəyik, onun maraqlarını İsraildə təmsil edəcəyik", - Akko şəhərinin azərbaycanlı dağ yəhudiləri icmasının rəhbəri Nexemiya Şirin Mixaeli deyib.

O, həmçinin iki ölkə arasında dostluğun gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

"İsraildə biz Azərbaycan üçün sadəcə dost deyil, qardaşıq. Azərbaycan Ermənistan üzərində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edəndə, İsrail küçələrində insanlar bu hadisəni eynilə Bakıda olduğu kimi qeyd edirdilər", - o vurğulayıb.

Görüş zamanı Akko meri Oxad Segev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunova qardaşının xatirəsinin tanınması və əbədiləşdirilməsi sertifikatını təqdim edib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər