ABŞ yaxın həftələrdə bir sıra bankları İrana qarşı sanksiyalar siyahısına daxil edə bilər
Far.Az xəbər saytı

ABŞ yaxın həftələrdə bir sıra bankları İrana qarşı sanksiyalar siyahısına daxil edə bilər


Vaşinqton, böyük ehtimalla, bu həftə İrana qarşı iqtisadi təzyiq kampaniyası çərçivəsində banklardan birinə qarşı sanksiyalar tətbiq edəcək.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Eşvildə (Şimali Karolina ştatı) keçirilən G20 ölkələrinin maliyyə rəhbərlərinin görüşü çərçivəsində baş tutan tədbirdə bildirib.

"Biz, yəqin ki, bu həftə bir banka, gələn həftə isə daha birinə qarşı sanksiyalar tətbiq edəcəyik. Bu məsələdə bizi dəstəkləyən müttəfiqlərimizlə danışıqlar aparırıq", - Bessent deyib.

Nazirin sözlərinə görə, Vaşinqton həmçinin aviasiya sahəsindəki lizinq şirkətlərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edən digər təşkilatlara qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirir.

"Bunlar müxtəlif təşkilatlar, o cümlədən bizim nəzərdən keçirəcəyimiz aviasiya lizinq şirkətləri ola bilər. Bu, SEPAH-la biznes fəaliyyəti göstərən hər kəs ola bilər. Biz onun aktivlərini izləyirik", - ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər