Qazaxıstan və "Rosatom" Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb
Far.Az xəbər saytı

Qazaxıstan və "Rosatom" Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb


"Qazaxıstan Atom Elektrik Stansiyaları" (KAES) MMC ilə Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası arasında Qazaxıstanda "Balxəş" Atom Elektrik Stansiyasının (AES) ümumi gücü 2 400 MVt olan iki enerji blokunun tikintisini nəzərdə tutan EPC müqaviləsi imzalanıb.

"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, müqavilənin imzalanması Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.

"Rosatom"un lisenziya alması və AES-in tikintisinə başlanılması 2027-ci ildə gözlənilir. Stansiyanın on il ərzində istismara verilməsi nəzərdə tutulur.

Bu barədə müqavilənin imzalanmasından sonra jurnalistlərə "Rosatom"un baş direktoru Aleksey Lixaçov və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat veriblər.

AES Almatı vilayətinin Ülken qəsəbəsində, Balxəş gölünün sahilində inşa ediləcək.

Stansiya Qazaxıstanda böyük gücə malik ilk sənaye tipli AES olacaq. Onun tikintisi ilə bağlı qərar 6 oktyabr 2024-cü ildə keçirilmiş ümumxalq referendumunda qəbul edilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər