Milli Qəhrəman Yuri Kovalyovun anım günüdür
Far.Az xəbər saytı

Milli Qəhrəman Yuri Kovalyovun anım günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yuri Kovalyovun anım günüdür.

Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçayda rus ailəsində anadan olub. Uşaqlıq illərinin bir hissəsini Rusiyanın Krasnodar vilayətində keçirib, daha sonra ailəsi ilə Bakıya qayıdıb.

Kovalyov yeniyetməlik dövründən futbolla məşğul olub. Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbində təhsil alan Yura bacarıqlı qapıçı kimi tanınıb. İki dəfə Bakı çempionu olub, müxtəlif respublika və ümumittifaq yarışlarında Bakının gənclərdən ibarət komandasının qapısını qoruyub.

1983-cü ildə hərbi xidmətə çağırılan Kovalyov hava-desant qoşunlarında xidmət edib. 1990-cı il sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunub. O, Qarabağ müharibəsi zamanı Azərbaycanın müxtəlif bölgələrində gedən döyüşlərdə iştirak edib.

Yuri Kovalyov xüsusilə Goranboy rayonunun kəndlərinin azad edilməsi uğrunda aparılan əməliyyatlarda göstərdiyi şücaətlə seçilib. Döyüşlərdəki fəaliyyəti səbəbindən düşmənin əsas hədəflərindən birinə çevrilmişdi.

1991-ci il sentyabrın 3-də Yuri Kovalyov digər XTMD əməkdaşları Sergey Barınin, Andrey Kudenin və Aleksandr Abramovla birlikdə Ağdam ərazisində növbəti tapşırıqdan qayıdarkən içərisində olduqları UAZ avtomobili atəşə tutulub. Atışma nəticəsində Yuri Kovalyov şəhid olub, Andrey Kudenin isə ağır yaralanıb.

Milli Qəhrəman Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Yuri Kovalyovun Tamara xanımla evliliyindən Regina və Yuliya adlı iki qızı yadigar qalıb. O, futbolçu Vitali Kovalyovun qardaşıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər