Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Bu barədə "Far.Az"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlər 14–25 sentyabr 2026-cı il tarixlərində respublikanın rayon və şəhərlərin müəyyən edilmiş ərazilərində aparılacaq. Tədbirlər çərçivəsində təsadüfi seçmə üsulu ilə kənd və qəsəbələrdə yerləşən fərdi və fermer arıçılıq təsərrüfatlarına baxış keçiriləcək, arı ailələrinin klinik vəziyyəti qiymətləndiriləcək və laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək.
Monitorinqlər zamanı, həmçinin arıçılıq təsərrüfatlarında baytarlıq norma və qaydalarına əməl olunması vəziyyəti qiymətləndiriləcək, təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Görülən tədbirlər arı xəstəliklərinin ölkə ərazisində yayılma risklərinin qiymətləndirilməsi, epizootoloji vəziyyətin mütəmadi izlənilməsi və zəruri hallarda müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcək.
Tədbirlər AQTA-nın regional bölmələrinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssislərinin iştirakı və qarşılıqlı koordinasiyası ilə həyata keçiriləcək.
Oxşar xəbərlər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb













