Yuliya Eqel: "Azərbaycanın enerji transformasiyasında alman texnologiyalarına tələbat var"
Far.Az xəbər saytı

Yuliya Eqel: "Azərbaycanın enerji transformasiyasında alman texnologiyalarına tələbat var"


Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malikdir və böyük iqtisadi artım dinamikası nümayiş etdirir.

"Far.Az" xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Yuliya Eqel "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri" mövzusunda keçirilən vebinarda deyib.

O qeyd edib ki, qeyri-neft-qaz sektorunun əsas hərəkətverici qüvvələri kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi, turizm və nəqliyyat sektoru çıxış edir: "Bundan əlavə, Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasının əhəmiyyətli səviyyəsi, həmçinin yük və sərnişin daşımaları həcmlərinin davamlı artımı xüsusilə vurğulanıb. Azərbaycanda sabit makroiqtisadi mühit investisiya layihələrinin həyata keçirilməsi və xarici oyunçuların yerli bazara çıxması üçün əlverişli şərait yaradır. Ölkənin enerji sahəsindəki dəyişikliklər fonunda müasir texnoloji həllərə ehtiyac artır. Rəqəmsallaşma sahəsində alman texnologiyaları və innovasiyalarına təlabat var. Eyni zamanda, Almaniya şirkətlərinin geniş təcrübəyə malik olduğu və müvafiq avadanlıq təqdim etməyə hazır olduğu bərpa olunan enerji mənbələri seqmentindəki layihələrə xüsusilə yüksək tələbat müşahidə olunur".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər