İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar"
"Mənə qarşı şikayətçi olan "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun həbs edilməsi məni təəssüfləndirdi. O, yaxşı adam idi, Allah onun qapısını açsın".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Şərur" MTK tikinti şirkətinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov dələduzluqda təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilən E.Səməndərovun barəsində olan məhkəmə hökmünə münasibət bildirərkən deyib. İş adamı bildirib ki, E.Səməndərov barəsində şikayətçi deyil:
"Mən onun heç vaxt pisliyini istəməmişəm. O, yaxşı adam idi, amma savadsız idi. Allah onun qapısını açsın, Allah köməyi olsun. Ondan inciməmişəm də, mübahisəm də olmayıb. Ortada maraqlı şəxslər var idi ki, onu yoldan çıxarmışdılar. Mən ondan şikayət etməmişəm. O, kimlərinsə sözü ilə məndən şikayət etmişdi, axırı da tora özü düşdü. İnsandır da, savadsız adamdır. Sonra məndən üzr istədi, bağışladım".
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərova hökm oxunub. Ona qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi cinayət işi başlanılmışdı. Cinayət işinin istintaqı zamanı onun eyni mənzili bir neçə nəfərə satması sübuta yetirilmişdi.
Qeyd edək ki, E.Səməndərov bir müddət əvvəl "Şərur" MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundovun bir mənzili bir neçə nəfərə satmasını iddia edərək, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Aparılan araşdırmalarla fakt təsdiqini tapmamışdı. Sonradan E.Səməndərov özü eyni əməldə təqsirləndirilib, barəsində cinayət işi başlanılmışdı.
Oxşar xəbərlər
"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
"Şərurlu İsfəndiyar"la bağlı məhkəmədə ekspertiza təyin olunub
Professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabı təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər













