Gürcüstanlı jurnalist və bloqerlər Ağdama səfər ediblər
Far.Az xəbər saytı

Gürcüstanlı jurnalist və bloqerlər Ağdama səfər ediblər


Bu gün Gürcüstandan gələn bir qrup jurnalist və bloqer işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, qonaqlar səfər çərçivəsində ilk olaraq Ağdam şəhərindəki Cümə məscidini ziyarət ediblər.

Burada qonaqlara məsçidin işgal dövründə olan vəziyyətinin şəkilləri və məlumatlar təqdim olunub. Məscidin tam dağılması və işğalından azad olunandan sonrakı vəziyyəti göstərilib.

Daha sonra ikinci yaşayış kompleksinə baş çəkiblər. Burada jurnalistlərə artıq öz yeni evlərində məskunlaşmış sakinlərin yaşayışı haqda məlumat verilib. Eyni zamanda onlara bu günə qədər qayıdan ailələrin sayı və məşğulluğu haqda danışılıb.

​Səfərin davamında jurnalistlər Ağdamın dəmiryolunun avtovağzal kompleksinin binasını ilə tanış olublar. Kompleksin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.

YENİLƏNİR

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər