Bosniya və Herseqovinada minatəmizləmə üzrə beşillik plan hazırlanıb
Bosniya və Herseqovinada minatəmizləmə sahəsində beş il üçün nəzərdə tutulmuş fəaliyyət planı hazırlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Minatəmizləmə Mərkəzinin nümayəndəsi Tarik Serak Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
"Ölkədə beş ilə qədər olan dövr üçün nəzərdə tutulmuş və ərazilərin minalardan daha da təmizlənməsi üzrə konkret tapşırıqları nəzərdə tutan fəaliyyət planı hazırlanıb", - o qeyd edib.
Serak beynəlxalq əməkdaşlığın, həmçinin ABŞ, Avropa İttifaqı və digər dövlətlərin dəstəyinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri yerli infrastrukturun inkişafı və onun maliyyələşdirilməsinin təmin edilməsidir.
Serak, həmçinin bildirib ki, Bosniya və Herseqovinada mina hadisələri nəticəsində 1 800-dən çox insan ölüb və ya yaralanıb.
"Belə halların çoxu ilk beş ildə (1992-1995-ci illərdəki etniklərarası münaqişədən sonra - red.) qeydə alınıb. Son illərdə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb: bəzi illərdə heç bir insident qeydə alınmayıb, bəzi illərdə isə tək-tək hallar qeydə alınıb", - o deyib.
Serakın sözlərinə görə, yeni insidentlərin qarşısının alınmasında əhalinin məlumatlandırılması və mütəxəssislərin hazırlanması mühüm rol oynayır.
O, həmçinin minatəmizləmə ilə məşğul olan ölkələrin institusional və kadr potensialının gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub












