Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ
Bakıda metro şəbəkəsinin genişləndirilməsi və yeni stansiyaların tikintisi ilə bağlı layihələr böyük maraq doğurur.
Far.Az-in məlumatına görə, yeni stansiyalar və onlar arasındakı tunellərin layihələndirilməsi üzrə işlərə artıq başlanılıb.
Bununla belə, yeni metro xətlərinin şəhərin mövcud tikililərinə, xüsusilə yaşayış və digər binaların konstruksiyalarına mümkün təsiri ilə bağlı suallar da ortaya çıxır. Xüsusilə yeraltı tikinti işlərinin binaların dayanıqlığına və zəlzələyə davamlılığına təsiri məsələsi sakinlər tərəfəindən maraqla qarşılanır.
"Bakı Metropoliteni" QSC-dən Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, yeni metro stansiyalarının və tunellərin layihələndirilməsi və tikintisi qüvvədə olan tikinti norma və qaydalarının, seysmik dayanıqlıq, geotexniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinin nəzərə alınması ilə həyata keçirilir:
"Tikintiyə başlamazdan əvvəl ərazinin mühəndis-geoloji və geotexniki şəraiti, həmçinin yaxınlıqda yerləşən bina və qurğuların mövcud vəziyyəti qiymətləndirilir. Tikinti müddətində yer səthində və ətraf tikililərdə mümkün yerdəyişmələrin nəzarətdə saxlanılması məqsədilə müvafiq geodeziya və geotexniki monitorinq tədbirləri həyata keçirilir. Layihə və tikinti həlləri ətraf tikililərin təhlükəsizliyinə və dayanıqlığına mənfi təsirlərin qarşısının alınması prinsipi əsasında müəyyən edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq













