Nigeriyada boru kəmərindən neft oğurlamaq istəyən 37 nəfər ölüb
Far.Az xəbər saytı

Nigeriyada boru kəmərindən neft oğurlamaq istəyən 37 nəfər ölüb


Nigeriyanın cənubundakı Niger deltasında boru kəmərindən neft oğurlamağa cəhd edən azı 37 nəfər tüstüdən zəhərlənərək ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı səhər tezdən Rivers ştatının Okrika dairəsindəki yaşayış məntəqəsinin yaxınlığında baş verib. Qeyd olunub ki, qaçaqmalçılar boru kəmərində kəsiklər açaraq həmin yerlərə xam nefti çıxarmaq üçün borular birləşdiriblər və daha sonra nefti qanunsuz şəkildə satmağı planlaşdırıblar.

Məlumata görə, meyitlər çayda aşkar edilib, bir çoxları isə hələ də itkin düşmüş sayılır.

Qeyd edilib ki, neft hasilatının əsas obyektlərinin cəmləşdiyi Nigeriyanın cənubunda boru kəmərlərindən neft oğurluğu tez-tez rast gəlinən haldır.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər