Vens: ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
Far.Az xəbər saytı

Vens: ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır


ABŞ Vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasiminə endirilən zərbə ilə bağlı məlumatları hərtərəfli araşdırdığını, eyni zamanda, İran tərəfinin məlumatlarının doğruluğuna şübhə ilə yanaşdığını bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Biz bunu hərtərəfli şəkildə araşdırırıq", - o qeyd edib.

Vens vurğulayıb ki, ABŞ döyüş əməliyyatları zamanı dinc sakinləri hədəfə almır və heç vaxt belə bir şey etməyəcək.

"Təəssüf ki, bəzən hər şey olur", - vitse-prezident əlavə edib.

Daha əvvəl İran ABŞ-nin Sirikdə toy mərasiminə hücumu etdiyi, nəticədə 5 nəfərin öldüyü barədə məlumat yayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər