ABŞ-də dövlət qulluqçuları ilə müsahibələrdə süni intellektdən istifadə ediləcək
ABŞ federal hökuməti yaxın günlərdə bəzi işaxtaranlarla müsahibələr zamanı süni intellektdən istifadə etməyə başlayacaq.
"Report" xəbər verir ki, bu barədə "CBS News" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Süni intellekt özəl texnologiya sektorundan olan mütəxəssisləri hökumətdə iki illik işə cəlb etmək üçün başladılmış "Tech Force" təşəbbüsü çərçivəsində sınaqdan keçiriləcək. Namizədləri qiymətləndirmək üçün "CodeSignal" platformasından istifadə olunması planlaşdırılır.
Pilot layihə çərçivəsində süni intellekt agentləri standartlaşdırılmış suallar əsasında strukturlaşdırılmış müsahibələr aparacaqlar. Müsahibələrin audioyazıları saxlanılacaq və avtomatik emal ediləcək, bundan sonra işəgötürən menecerlər onların stenoqramları ilə tanış ola və namizədləri qiymətləndirə biləcəklər.
Bununla belə, ilk mərhələdə süni intellekt bütün federal qurumlar tərəfindən istifadə edilməyəcək. ABŞ Kadrlar İdarəsinin tövsiyələrinə əsasən, işə qəbul zamanı süni intellektin tətbiqi, xüsusilə də vacib kadr qərarları qəbul edilərkən insan nəzarəti ilə müşayiət olunmalıdır.
"CBS News" qeyd edib ki, növbəti illərdə federal hökumətdə müsahibələr zamanı süni intellektdən istifadənin genişlənəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb













