Nazirlikdə ayılarla bağlı görüş keçirildi
Far.Az xəbər saytı

Nazirlikdə ayılarla bağlı görüş keçirildi


Son dövrlər ölkənin müxtəlif bölgələrində, meşə massivləri ətrafında yerləşən yaşayış məntəqələrində ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması, təsərrüfatlara və heyvanlara ziyan vurması ilə bağlı müraciətlər daxil olur. Mövcud vəziyyətin səbəblərinin araşdırılması və belə halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

BAKU.WS xəbər verir ki, görüşdə ETSN əməkdaşları ilə yanaşı, Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Bakı Dövlət Universitetinin mütəxəssisləri, həmçinin müstəqil yerli və xarici ekoloji təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd meşəətrafı ərazilərdə ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması ilə bağlı yaranan halları müzakirə etmək, insanların və təsərrüfatların təhlükəsizliyinin təmin olunması üçün görüləcək tədbirləri müəyyənləşdirmək, eyni zamanda qonur ayıların mühafizəsini təmin etməkdir.

Görüşdə ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşmasının səbəbləri, bu halların qarşısının alınması yolları və müxtəlif ölkələrdə tətbiq olunan təcrübələr müzakirə edilib. Həmçinin ölkəmizdə hürküdücü vasitələrdən və digər qabaqlayıcı tədbirlərdən istifadə imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, əhali arasında təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə işlərinin aparılması, həmçinin aidiyyəti üzrə rayon icra hakimiyyətlərinə müraciət olunması məsələləri də müzakirə edilib. Qeyd olunub ki, tədbirlər müəyyənləşdirilərkən həm insanların təhlükəsizliyi, həm də "Qırmızı Kitab"a daxil edilmiş qonur ayıların mühafizəsi əsas götürüləcək.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Evlər meşələrə yaxın tikilib" - Ayıların kəndlərə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər