Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb
Far.Az xəbər saytı

Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb


Azərbaycan və Tacikistan arasında tranzit daşımaları bu ilin 8 ayında 17 % artıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Tacikistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Bu ilin 8 ayında Tacikistan və Azərbaycan arasında tranzit daşımaları 17 % artıb", - nazir deyib.

Nazir bildirib ki, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 84 % artıb və bu tendensiya cari ildə də davam edir.

"Bu ilin 7 ayı ərzində 2025-ci ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəmiz 31% artıb", - R.Nəbiyev deyib.

O, həmçinin qeyd edib ki, nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlıq ildən-ilə genişlənir. Nazirin sözlərinə görə, nəqliyyat əməkdaşlığı ilə paralel olaraq rəqəmsal inkişaf sahəsində də qarşılıqlı fəaliyyət inkişaf edir. Hazırda bir çox Azərbaycan şirkətləri Tacikistanda xidmət göstərir.

"İqtisadi və nəqliyyat sahələrindəki əməkdaşlıqla yanaşı, biz həmçinin ölkələrimiz arasında mədəni və dostluq əlaqələrini uğurla inkişaf etdiririk", - R.Nəbiyev vurğulayıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər