Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA
Far.Az xəbər saytı

Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA


Goranboy şəhəri 2 nömrəli tam orta məktəbində sanitar qovşağı və su kranları sökülərək yararsız hala salınıb. İddialara görə, hadisənin təşkilatçısı məktəbin sabiq direktorudur.

BAKU.WS Baku TV-ə istinadla xəbər verir ki, məktəbin müəllimi Fərqanə Məmmədovanın sözlərinə görə, sanitar qovşağı müəllimlərin şəxsi vəsaitləri hesabına təmir olunubmuş:

"Keçmiş direktor bizi şagirdlərin digər məktəblərə üz tutması və tədris prosesinin pozulması məqsədilə sanitar qovşağını dağıdacağı ilə hədələyirdi. İyunun 3-də vəzifəsindən azad edilsə də, bir müddət məktəbdə təzyiqlərini davam etdirdi. İbtidai sinif müəllimləri 100 manat, yuxarı sinif müəllimləri isə 20 manat toplayaraq bu şəraiti yaratmışdı. Baş verənlərdən sonra məktəbdə şagirdlər azaldı, keçmiş direktor çörəyimizlə oynadı".

Sabiq direktor İlhamə Qasımova isə ittihamları rədd edərək sanitar qovşağın sökülməsindən məlumatının olmadığını bildirib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsələ ilə bağlı araşdırma aparıldığı təsdiqlənib. Bildirilib ki, müəssisədəki avadanlıqların zədələnməsi və ya yerində olmaması faktı müəyyən edilib. Mövcud problemlərin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması və avadanlıqların təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər