Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Far.Az xəbər saytı

Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib


"The Guardian" qəzetində dərc edilmiş qərəzli məqalə ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən məlumat verilib.

Məktubda qeyd olunub ki, müəllifin fikirlərinin əksinə olaraq müvafiq film şovinist mövqe ehtiva edir və mövcud reallığı əks etdirmir. Həmçinin keçmiş münaqişədən bəhs edərkən Azərbaycan xalqının yaşadığı faciələr, işğalın humanitar və sosial nəticələri, eləcə də davam edən mina təhlükəsi nəzərə alınmalıdır.

Məktubda keçmiş münaqişənin səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğu və Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyi də nəzərə çatdırılıb.

Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi, Azərbaycan və Ermənistan liderlərinin son görüşlərində sülhün və normallaşmanın artıq konkret nəticələrinin müzakirə edildiyi vurğulanıb. Bu xüsusda iki ölkə arasında ticarət əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və regional bağlantı layihələrinin müzakirə olunması qeyd olunub.

Azərbaycan tərəfinin diqqətin keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrə yönəldilməsinin tərəfdarı olduğu vurğulanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər