"Betis" rəsmisi "Real" üzərində qələbəni layiqli hesab edib
Far.Az xəbər saytı

"Betis" rəsmisi "Real" üzərində qələbəni layiqli hesab edib


"Betis" klubunun vitse-prezidenti Xose Migel Lopes Katalan İspaniya çempionatının 4-cü turunda Madridin "Real"ı üzərində 1:0 hesablı qələbənin komandaları üçün layiqli nəticə olduğunu bildirib.

"Report"un "AS"a istinadən verdiyi xəbərə görə, Katalan bu qələbənin komanda üçün əhəmiyyətini vurğulayıb.

"Bu mövsümə çox yaxşı başlamışıq. "Real"a qalib gəlmək bizim üçün inanılmaz dərəcədə vacib idi. Biz bu qələbəyə layiq idik. Joze Mourinyonun və komandanın azarkeşlərinin məyusluğunu başa düşürəm, çünki "Real" çox yaxşı oyun keçirdi. Lakin onlar qapı qarşısında yaratdıqları imkanlardan istifadə edə bilmədilər, bizim qapıçımız isə bir neçə mühüm seyv etdi", – Katalan bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər