Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır
Far.Az xəbər saytı

Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır


Azərbaycanda təkcə iqtisadi deyil, həm də ekoloji və sosial göstəriciləri nəzərə alacaq fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və proqramlar istiqamətinin rəhbəri Aynur Seyidyusif "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, layihə hökumətin sorğusu əsasında hazırlanmış texniki dəstək proqramı çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilir.

A.Seyidyusif qeyd edib ki, ənənəvi qiymətləndirmə sistemləri əsasən iqtisadi göstəricilərə - istehsal həcminə, məhsuldarlığa, gəlirə və s. yönəldilib: "Yeni sistem fermerlərin müasir çağırışlara uyğunlaşma səylərini, o cümlədən torpağın yatırılan investisiyaları, müasir texnologiyaların tətbiqini və suvarma sistemlərinin təkmilləşdirilməsini nəzərə almağa imkan verəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər