Lyu Haysin: Çin və Azərbaycan münasibətləri getdikcə daha konkret məzmun kəsb edir
Çin və Azərbaycan arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir və getdikcə daha konkret məzmun kəsb edir.
"Far.Az" xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Çin Mərkəzi"nin açılışında deyib.
Onun sözlərinə görə, iki ölkə rəhbərləri arasında siyasi etimad və şəxsi dostluq ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir:
"Biz şadıq ki, getdikcə daha çox insan Çindən Azərbaycana turizm məqsədilə gəlir, getdikcə daha çox Çin şirkəti isə Azərbaycanda işləmək və onun iqtisadiyyatına investisiya yatırmaq istəyir".
L.Haysin qeyd edib ki, Dövlət İdarəçilik Akademiyasında "Çin Mərkəzi"nin yaradılması iki ölkə arasında əməkdaşlığın inkişafının mühüm təzahürüdür.
O, həmçinin Azərbaycan gənclərinin Çin dilini öyrənməyə artan marağını da qeyd edib:
"Azərbaycanda getdikcə daha çox gəncin Çin dilini öyrənmək istəməsi həm də Çinə və onun inkişafına olan marağın artmasından xəbər verir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













