COP30-un icraçı direktoru: İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir
İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir.
"Report"un məlumatına görə, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.
Onun sözlərinə görə, icra işinin sürətləndirilməsi istiqamətində də işlər aparılır:
"Yəni biz öhdəlikdən həll yoluna, həll yolundan isə icraya doğru irəliləyirik. Ona görə də COP30 çərçivəsində beşillik fəaliyyət planı təsdiqlənib. Hesab edirəm ki, bu, bütün proseslər üçün nümunəvidir".
COP30-un icraçı direktoru deyib ki, dünyada hazırda iqlim məsələlərindən doğan ərzaq təhlükəsizliyi istiqamətində də müəyyən suallar mövcuddur.
Ana Toni çıxışının sonunda Türkiyədə keçirləcək COP31-ə də toxunub:
"Hesab edirik ki, COP31 çərçivəsində müxtəlif səviyyəli yeniliklərə də şahid olacağıq. Biz COP31-in iqlim fəaliyyətimizi Türkiyədə uğurla davam etdirəcəyimizə inanır, COP31-i sözügedən prosesdə mühüm mərhələ kimi görürük".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı













