Fatma Varank: Azərbaycanın keçirdiyi COP29 iqlim diplomatiyasına önəmli töhfə verib
Azərbaycanın keçirdiyi COP29 iqlim diplomatiyasına önəmli töhfə verib.
"Far.Az" xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.
Onun sözlərinə görə, iqlimlə bağlı böhran sərhədləri açırsa, ölkələr də buna qarşı iradə göstərməlidir:
"COP31-də bunu təşviq etmək niyyətindəyik. Bakı maliyyələşmə hədəfi ətrafında konsensus formalaşdıran, Bakıdan Belemə yol xəritəsini irəli aparan və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarı qaydalarını yekunlaşdıran COP29 Sədrliyini iqlim diplomatiyasına verdiyi bu töhfələrə görə təqdir edirəm. Bu uğurlar Antalya yolunda fəaliyyətimiz üçün güclü bünövrə yaradacaq".
Fatma Varank əlavə edib ki, Türkiyə COP31 iqlim məsələsində öhdəliklərin icra mərəhələsinə keçməsi üçün çalışır:
"İqlim İcra Körpüsü ilə milli töhfə bəyanatlarının (NDC) icrasını sürətləndirməyi və investisiyaya hazır layihə portfelləri formalaşdırmağı hədəfləyirik. Beləliklə, hədəflər ilə maliyyələşmə arasındakı boşluğun bağlanmasına dəstək olacağıq.
COP-da hədəflər və icra mərhələsində əsas problem maliyyədir. Banklar, sərmayədarları "yaşıl meydan"a dəvət edirik. Antalyada yüksək səviyyədə rəsmilərin iştirakı ilə iqlim krizini müzakirə etmək niyyətindəyik. Bu, tək bir ölkənin işi deyil".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı













