Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər - YENİLƏNİB
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Cümə məscidinin tarixi haqqında məlumatlandırılıblar.
İşğal dönəmində Qarabağdakı digər dini məkanlar kimi buranın da ermənilər tərəfindən dağıdıldığı, hətta məbəddə donuz saxlanıldığı qonaqların diqqətinə çatdırılıb. İşğaldan sonra məscidin əsaslı təmir edilərək əvvəlki vəziyyətinə qaytarıldığı və burada ibadət üçün hər bir şəraitin yaradıldığı bildirilib. Həmçinin onlara məscidin işğal dövründəki və son görüntüsünü əks etdirən fotoşəkillər təqdim olunub.
Ağdam Cümə məscidində namaz qılınması ilə qonaqların Qarabağa səfəri başa çatıb.
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Ağdama səfərləri başlayıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar səfər çərçivəsində ilk olaraq Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlara Qarabağda münaqişənin başladığı ilk günlərdən Ağdamda cərəyan edən hadisələr barədə geniş məlumat verilib. Qeyd edilib ki, işğal dövründə rayondakı tarixi-dini abidələr, qəbiristanlıqlar da erməni vandalıziminə məruz qalıb.
Qonaqlar burada məlumat aldıqları hadisələri dünya tarixinin ən dəhşətli faktlarından biri kimi dəyərləndiriblər.
Oxşar xəbərlər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Şuşada Vaqifin məqbərəsini ziyarət edib - YENİLƏNİB-5
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı













