Hirkan Milli Parkında turizm marşrutlarının sayı artırılacaq
Növbəti ildə Lənkəranın Hirkan Milli Parkında turizm marşrutlarının sayının artırılması planlaşdırılır.
"Far.Az"un Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Dövlət Turizm Agentliyinin Lənkəranan təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Lənkəranda yeni turizm marşrutlarının hazırlanması və infrastrukturun təkmilləşdirilməsi üzrə işlər davam etdirilir: "Hazırda Hirkan Milli Parkında 14 turizm marşrutu fəaliyyət göstərir və növbəti ildə onların sayının artırılması planlaşdırılır. Eyni zamanda, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən marşrutlar üzrə işarələmə işləri aparılır və bu proses gələn il də davam etdiriləcək".
İ.Əzimov Lənkəranın aqroturizm potensialının yüksək olduğunu və son 3 il ərzində bu imkanların dəyərləndirildiyini vurğulayıb: "Bölgədə aqroturizm obyektləri əsasən son üç ildə fəaliyyətə başlayıb. Yaşıl çay təsərrüfatı olan "Nillado", sitrus bağlarını əhatə edən "Citrus Valley" kimi məkanlar turistlər arasında böyük populyarlıq qazanıb. Həmçinin Lənkəranda Azərbaycanda ilk olan Arıçılıq Muzeyi açılıb və qısa müddətdə böyük marağa səbəb olub. Regionun kulinariya ənənələrinin beynəlxalq tədbirlərdə təbliği, turistik kəndlərin qiymətləndirilməsi və inkişafı istiqamətində layihələr icra olunur ki, bu da yerli əhalinin məşğulluğunun təmin edilməsinə töhfə verir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













