Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub
Son 11 il ən isti dövr olub.
Far.Az apa-ya istinadən xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" mövzusunda paneldə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi professor Celeste Saulo deyib.
O, Nepalda baş verən dağıdıcı daşqınların istiləşən kriyosferin bir neçə saat ərzində fəlakətlərə səbəb ola biləcəyini bir daha göstərdiyini qeyd edib: "İnsanları və iqtisadiyyatları proqnozlaşdırılan hadisələrin təsirlərindən qorumaq elmi biliklərin vaxtında və praktik tədbirlərə çevrilməsindən asılıdır. Bunun üçün iqlim dəyişmələri ilə mübarizədə mövcud olan bütün vasitələrdən istifadə edilməlidir. Süni intellekt bizə bu imkanları gücləndirmək üçün yeni fürsətlər yaradır. Süni intellekt proqnozların bir neçə dəqiqə ərzində hazırlanmasına kömək edə bilər. Proqnozların dəqiqliyini və düzgünlüyünü artırmağa, əvvəllər həftələr tələb edən hesablamaları bir neçə dəqiqə ərzində aparmağa imkan verə bilər".
Celeste Saulo çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin, iqlim məlumatları xidmətlərinin və müşahidə şəbəkələrinin mühüm ictimai infrastruktur olduğunu bildirib.
O qeyd edib ki, bu sistemlər insanları qoruyur, iqtisadi inkişafı dəstəkləyir və icmalara dəyişən iqlimə hazırlaşmağa kömək edir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













