ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
Far.Az xəbər saytı

ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib


ABŞ-nin nəqliyyat naziri Şon Daffi "Ford"un rəhbəri Cim Farliyə ünvanladığı məktubunda onu Çin şirkətləri ilə tərəfdaşlıqdan imtina etməyə çağıraraq, ÇXR texnologiyalarından asılılığın milli təhlükəsizliyə təhlükə yaratdığını qeyd edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

""Ford" şirkəti elə bir korporativ məsuliyyət səviyyəsi nümayiş etdirməlidir ki, burada ABŞ-nin avtomobil ekosisteminin uzunmüddətli dayanıqlığı və texnoloji suverenliyi qısamüddətli razılaşmalardan, yaxud şübhəli xarici alyanslardan üstün tutulsun", - məktubda bildirilir.

Daffi "Ford"un Çin texnologiyalarından və tərəfdaşlarından asılılığından narahatlığını ifadə edib.

Nəqliyyat Nazirliyinin rəhbəri həmçinin konserni Miçiqanda CATL-in işləmələrindən istifadə etdiyinə, İspaniyada "Geely" ilə alyans qurduğuna, BYD ilə danışıqlar apardığına və "Lincoln" istehsalının ÇXR-dən ABŞ-yə köçürülməsini ləngitdiyinə görə tənqid edib və avtonəhəngi texnoloji suverenliyin xeyrinə seçim etməyə çağırıb.

Oxşar xəbərlər

BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər