Xidmət rəisi: Ermənilərin Xudavəng monastırındakı qanunsuz bərpa işləri tarixi saxtalaşdırmağa yönəlib
Ermənilər Xudavəng monastırında işğalın son 10–20 ili ərzində qanunsuz bərpa işləri aparıb və bu işlərin məqsədi tarixi saxtalaşdırmaq olub.
"Far.Az"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
Onun sözlərinə görə, ermənilər hətta özləri bərpa etdikləri iki freskanı ərazini tərk edərkən oğurlayıb aparıblar:
"Biz bununla bağlı məlumatı beynəlxalq ictimaiyyətə də təqdim etmişik. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət mədəni irsimizin bu nümunələrinin geri qaytarılmasına kömək göstərəcək".
S.Hacıyeva, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması ərazinin mina təhlükəsinə görə hələ tamamlanmayıb:
"Genişmiqyaslı humanitar minatəmizləmə işləri ilə yanaşı, Azərbaycan bərpa prosesində insan və mədəniyyət mərkəzli yanaşma tətbiq edir. Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, "ağıllı kəndlər" və müasir şəhərlər salınır".
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azad edilmiş ərazilərdə mina təhlükəsinə həsr olunan tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR













