EIA: Yaxın Şərqdə neft hasilatı 2027-ci ilin II rübündən tez bərpa olunmayacaq
Yaxın Şərqdə neft hasilatı tədricən artacaq, lakin 2027-ci ilin II rübündən tez münaqişənin başlanmasından əvvəl mövcud olan orta səviyyəyə çatmayacaq.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) 2026-cı ilin sentyabr ayı üçün qısamüddətli proqnozunda qeyd olunub.
Qurum Hörmüz boğazı vasitəsilə ixracın tədricən artması və alternativ marşrutlardan istifadə edilməsi fonunda yaxın aylarda hasilatın artacağını gözləyir. Bununla yanaşı, proqnoza əsasən, regiondan neft ixracına dair bəzi məhdudiyyətlər ilin sonunadək qalacaq.
EIA-nın qiymətləndirməsinə görə, Hörmüz və Bab-əl-Məndəb boğazları vasitəsilə axınlar məhdud və qeyri-sabit olaraq qalır, bu da son bir ay ərzində regionda neft hasilatı həcmlərinin azalmasına səbəb olub.
Küveyt, BƏƏ, İran, İraq, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında "qapalı" neft hasilatının həcmi iyul ayındakı sutkada 5 milyon barellə müqayisədə avqust ayında sutkada 6,7 milyon barel təşkil edib.
EIA proqnozlaşdırır ki, bu göstərici III rübdə sutkada 6,23 milyon barel, IV rübdə 5,66 milyon, 2027-ci ilin I rübündə isə 2,72 milyon barel təşkil edəcək.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb













