Rəhman Mustafayev Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi barədə danışıb
Far.Az xəbər saytı

Rəhman Mustafayev Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi barədə danışıb


Bakı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə beynəlxalq təmaslar çərçivəsində dialoq meydançası, əlaqə kanalı və ya humanitar təşəbbüslərin iştirakçısı olmaq imkanını nəzərdən keçirə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.Ru" nəşrinə müsahibəsində Rusiya və Almaniya nümayəndələrinin iyulda Bakıda keçirilən qapalı görüşünü şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, gələcəkdə bu rollardan hər hansı birinə tələbat yaranarsa, Bakı müvafiq təklifləri nəzərdən keçirəcək və onlara reaksiya verəcək.

"Lakin hələlik bu məsələ ilə bağlı konkret heç nə deyə bilmərəm", - səfir qeyd edib.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasından danışan Mustafayev vurğulayıb ki, Azərbaycan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini ardıcıl olaraq dəstəkləyir.

Diplomat xatırladıb ki, ölkənin mövqeyi dəfələrlə Prezident İlham Əliyev tərəfindən bir çox yerdə, o cümlədən bu yaxınlarda Şuşada keçirilmiş beynəlxalq media forumunda ifadə edilib.

"Biz dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini qətiyyətlə və daim dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Bu məsələdə bizim mövqeyimiz dəyişməzdir", - o bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər