Alparslan Bayraktar: "Türkiyə "Elektrikin TANAP"ı layihəsinin COP31 çərçivəsində imzalanmasını planlaşdırır"
Far.Az xəbər saytı

Alparslan Bayraktar: "Türkiyə "Elektrikin TANAP"ı layihəsinin COP31 çərçivəsində imzalanmasını planlaşdırır"


Türkiyə TANAP-ın elektrik versiyası adlandırdığı layihənin COP31 sammiti zamanı imzalanmasını nəzərdə tutur.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Nazirin sözlərinə görə, bu gün onlar üçün əhəmiyyətli bir irəliləyiş və yeni bir təşəbbüs olan Türkiyəni, Azərbaycanı, Gürcüstanı və Bolqarıstanı vahid platformada birləşdirən Yaşıl Elektrik Ötürülməsi və Ticarəti Layihəsidir.

A.Bayraktar bu layihəni "Elektrikin TANAP"ı adlandırdığını vurğulayıb: "Həmin layihə regional səviyyədə olduqca əhəmiyyətli bir baxış bucağı ortaya qoyur".

Bu vacib layihəni yalnız infrastruktur təşəbbüsü kimi dəyərləndirmədiklərini bildirən nazir qeyd edib ki, onu qarşılıqlı mənfəətə söykənən və uzunmüddətli regional enerji tərəfdaşlığının əsasını formalaşdıran strateji bir addım hesab edirlər.

A.Bayraktar bu dinamikliyin qorunmasını və layihənin mümkün qədər qısa zaman ərzində sonrakı mərhələyə keçirilməsini arzuladığını ifadə edib. O bildirib ki, COP31-in Antalyada təşkil olunması çərçivəsində bu layihəyə dair mühüm bir imza mərasiminin həyata keçirilməsi, ehtimal ki, dövlət başçıları və ya nazirlərin imzalayacağı hökumətlərarası sazişlə bu prosesin tamamlanması nəzərdə tutulur. Nazir COP31-in gündəliyinin, xüsusilə elektrikləşmə istiqaməti ilə birlikdə, hər iki ölkənin dünyaya təqdim edəcəyi son dərəcə əhəmiyyətli bir layihə olacağına inandığını bildirib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər