Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var
Far.Az xəbər saytı

Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var


Türkiyənin Rizə şəhərinin Ardeşen rayonunda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Far.Az” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Ardeşen-Çamlıhemşin avtomobil yolunun 3-cü kilometrində Kenan Yeniçırakın idarə etdiyi avtomobil ilə sürücüləri müəyyən edilməyən iki avtomobil toqquşub.

Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Qəzada Kenan Yeniçırak və Turan Kuyumcu hadisə yerində keçiniblər.

Yaralanan səkkiz nəfər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb
Ədirnədə ağır yol qəzasında 6 nəfər yaralanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər