Azərbaycanda BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, istehlak kreditləri ilə bağlı ehtiyat tələbləri biznes kreditləri ilə müqayisədə daha sərtdir: "Biznes kreditləri ilə bağlı tələblərimiz isə daha yumşaqdır. Bu məsələdə məqsədimiz BOKT-ların biznes kreditlərini, xüsusilə mikro və biznes kreditlərini təşviq etməsidir. Çünki BOKT-ların əvvəlki dövrdə ehtiyatlanmasına baxsaq, burada düzgün yanaşma olmayıb, kreditlər arasında hər hansı bölgü aparılmayıb. Yəni istehlak və biznes kreditləri arasında fərq qoyulmayıb. İndiki yanaşmada isə istehlak, biznes və digər kreditlərə fərqli yanaşırıq".
X.İsmayılov vurğulayıb ki, bu məslədə AMB-nin məqsədi biznes kreditlərinin həcminin artırılmasıdır: "BOKT istehlak krediti verdikdə onun daha çox xərci yaranır".
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Kredit kartlarına yeni limit qoyuldu - Sərt qaydalar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













